Günlərin bir günü iki yaxın dost yol gedirdi. Birdən onlar dava etməyə başlayır və biri digərinə şillə vurur. Ağrı hiss etməsinə baxmayaraq, şillə alan heç nə demir və qumun üzərində bu sözləri yazır: "Bu gün ən yaxın dostum mənə şillə vurdu"... Onlar yollarına davam edirlər. Bir az yol gedəndən sonra isə çayda çimmək qərarına gəlirlər. Şillə alan dost çayda az qalır boğulsun, lakin dostu onu xilas edir. O özünə gələn kimi daşın üzərində bu sözləri yazir: "Bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi"... Şillə vuran, eyni zamanda dostunu xilas edən bir az fikirləşəndən sonra dostundan soruşur: "Mən sənin xətrinə dəyəndə bunu qumun, həyatını xilas edəndə isə daşın üzərində yazdın. Nəyə görə?". Dostu ona belə cavab verir: "Kimlərsə bizləri incidəndə bunu qumun üzərində yazmalıyıq ki, küləklər onu poza bilsin. Ancaq bizə yaxşılıq olunanda bunu daşın üzərinə həkk etməliyik ki, heç bir külək nu poza bilməsin!".