Türkiyə mətbuatına istinadən verilen xəbərə görə, Almaniya hökuməti küçədə və məktəblərin qarşısında pulsuz "Quran” paylanılmasının qarşısını almaq üçün hərəkətə keçib.
Sələfilərin kampaniyası Alman siyasətçilər və rəsmilərin də narazılığına səbəb olub. Baş nazir Angela Merkelin Xristian Demokrat Birlik partiyasından deputat olan Günter Krings ölkə mətbuatına verdiyi açıqlamalarda bu barədə danışıb. O, "hər evə 1 "Quran” kitabı” kampaniyasının qadağan olunmasının vacibliyindən danışıb. "Qurani Kərim”ə qarşı olmadıqlarını bildirən Krings, radikal islamçı sələfilərin bu kampaniyasının din azadlığına zidd olduğunu iddia edib.
"Quran”ın Almaniyanın 35 şəhərində paylanılmasını təşkil edən Fələstin əsilli biznesmen İbrahim Əbu Nağı isə kampaniyaya maddi dəstəyi türklərin verdiyini deyib.
Bu kampaniya çərçivəsində Almaniyada pulsuz 300 min "Quran” kitabının paylandığı bildirilir