Müğənni etiraf edir: "Mənə edilən pislikləri bağışlamaq ən müsbət keyfiyyətimdir". Milli.Az xəbər verir ki, ötən gün paytaxt sakinləri üçün Gül Bayramı
münasibəti ilə daha bir maraqlı konsert proqramı keçirilib. Əksər
estrada müğənnilərimizin çıxış etdiyi tədbirdə ən çox Rəqsanə İsmayılovanın
çıxışı rezonans yaradıb. Səhnədən tamaşaçıların dayandıqları meydana
enən Rəqsanə bu jesti ilə sevənlərinə daha yaxın olduğunu nümayiş
etdirdi. Hər şey bundan sonra başladı. Azyaşlı uşaqlar onu öpmək, şəkil
çəkdirmək üçün növbə yaratdılar. Öpülməkdən kosmetikası silinsə də,
müğənni qız uşaqlarının çoxluq təşkil etdiyi növbədə bütün
pərəstişkarlarına vaxt ayırmağın öhdəsindən gəldi.
Çıxışından
sonra Milli.Az-a açıqlama verən İsmayılova, tamaşaçı sevgisi ilə əhatə
olunduğu üçün özünü çox xoşbəxt hiss etdiyini dilə gətirdi: "Allahımdan o
qədər razıyam ki, hər dəfə səhnəyə çıxanda sürəkli alqışla
mükafatlanıram. Bu da sevildiyimin ən vacib göstəricisidir. Qız
uşaqlarının qucaqlayıb məni öpdükləri an fikirləşirdim ki, nə yaxşı ki,
həyatımda canım qədər əziz olan iki doğma balam var. Baxmayaraq ki, son
aylar olmazın problemlərlə üz-üzə qaldım, amma yenə də mərd-mərdanə
güclü qadın olduğumu sübut edirəm. Səhv etdiklərini dərk edib, yanıma
qayıdanların sayı günü-gündən çoxalır. Mənə edilən pislikləri bağışlamaq
ən müsbət keyfiyyətimdir. Maşallah olsun, pis günlər geridə qaldı, indi
sevgimi bütünlüklə əzizlərimə və sənətimə həsr edirəm. Yaza da
bilərsiniz, mən çox xoşbəxt bir qadınam". Şahin Cavadsoy Milli.Az