Ana səhifə » 2012»May»19 » Səbinə “Eurovision” səhnəsinə bu formada çıxacaq - FOTOLENT
20:47
Səbinə “Eurovision” səhnəsinə bu formada çıxacaq - FOTOLENT
Azərbaycanı "Eurovision 2012” Mahnı Müsabiqəsində
təmsil edən Səbinə Babayeva "Bakı Kristal Zalı”nda ilk məşqini edib.
Lent.az-ın xəbərinə görə, təmsilçimiz səhnədə ağ, uzun, parıltılı
qaşlarla bəzədilmiş libasda olub. "When the music dies” mahnısını
ingilis dilində ifa edən Səbinə Babayeva səhnəyə xalq artisti Alim
Qasımovla birgə çıxıb. Alim Qasımov Səbinənin çıxışında xüsusi parça ifa
edərək, ənənəvi Azərbaycan musiqisinin elementlərini təqdim edib.
Olduqca həyəcanlı görünən Səbinə Babayevanı qırmızı, sarı rənglərlə
işıqlandırılan səhnədə 3 nəfər bək-vokal xanım müşayiət edib.
Qeyd edək ki, "When the music dies” mahnının müəllifləri isveçli Anders
Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Lirik janrda olan
mahnıda milli musiqimizlə sintez də var.
Xatırladaq ki, Səbinə Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. Asəf
Zeynallı adına musiqi kollecini bitirib. Latviyada keçirilən
"Amberstar”, Moskvada keçirilən "Slavyan Ulduzu”nda "Gran Pri”
mükafatına layiq görülüb.