Azərbaycanın «Eurovision» təmsilçilərindən olan Safura Əlizadə ilk dəfə
isveç prodakşn şirkətinin ona qoyduğu qadağalar barədə danışıb.
Yerli telekanallardan birinin efirində Safura ona ilk növbədə Facebook-dan istifadə etməyə icazə verilmədiyini deyib:
"Mən
onları inandırmağa çalışırdım ki, bu, mənim ailəm və dostlarımla yeganə
əlaqə vasitəsidir. Amma onlar öz dediklərinin üstündə dururdular,
istəmirdilər ki, fanatlarım mənim eksklüziv fotolarımı yaysınlar. Onlar
deyirdilər ki, müğənni əlçatmaz olmalıdır. Bu səbəbdən hamı ilə yalnız
Skype vasitəsilə ünsiyyət qurmağa icazə verirdilər. Əvvəlcə çətin idi,
amma sonra razılığa gəldik".
S.Əlizadə həmçinin deyib ki, "Sarı gəlin" mahnısına klip çəkdirmək istəyir. Rejissoru isə xaricdən dəvət etmək niyyətindədir.