Afinada filosof Sokratın məhkəməsi keçirilib. Antik filosof ölümündən
2500 il sonra bəraət qazanıb. Trend-in məlumatına görə, bu barədə
Rusiya KİV Fransa mətbuatına istinadən xəbər verib.
Bu dəfə məlum səbəblərdən Sokrat qədim dövrdə olduğu kimi şəxsən
məhkəmədə iştirak edə bilməsə də onun yerinə doqquz vəkil və hüquq
müdafiəçisi çıxış edib.
Məhkəməyə Sokratın məşhur istehzası çıxardılıb, amma bu dəfə hökm başqa olub.
Qeyd edək ki, Sokratın məhkəməsi eramızdan əvvəl 399-cu ildə keçirilib.
Filosofu allahları tanımamaqda və gənclərin mənəviyyatını pozmaqda
günahlandırırdılar. Sokrat özünü müstəqil müdafiə edərək, istehza edir
və özünü edilənlərə görə mükafatlandırmağa çağırırdı. Məhkəmə onu
Afinaya qarşı sui-qəsddə günahlandırır, ölüm cəzasına və ya əbədi
sürgünə məhkum edir. Sokrat ölümü seçir, zəhər - su baldırğanı içərək
tam şüurlu vəziyyətdə bir neçə dəqiqə sonra ölür.
2500 ildən sonra bu dəfə məhkəmə dinləmələrini Onassis Fondu təşkil
edib. Sokratı Böyük Britaniyadan, Fransadan, ABŞ-dan, İsveçrədən və
Yunanıstandan on məşhur hüquqşünas mühakimə edib. Məhkəmədə 866 tamaşaçı
iştirak edib.
Hakimlərin Sokrat dövründəki Afina qanunlarının ona bəraət qazandıra
biləcəyi ilə bağlı fikirləri bərabər bölünüb. Tamaşaçılar arasında 584
nəfər filosofu günahsız, 282 nəfər günahkar hesab edib. Beləliklə də,
Sokrat bəraət qazanıb.