ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutu həm
uşaqların, həm də böyüklərin heç xoşlamadıqları şprislərin yerini ala
biləcək cihazı ictimaiyyətin mühakiməsinə verib. Bu cihaz ağrısız
ineksiyanın həyata keçirilməsinə imkan verir. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Alim İan Hunterin sözlərinə görə, hazırladıqları cihaz hipodermik
iynədən istifadə olunmadan dərmanı saniyədə 340 metr səs sürəti ilə
ağrısız dəri altına yeridə bilir.
Alimlər bu ixtiranın yüz illərdən bəri istifadə olunan şprisləri uğurla əvəz edəcəyinə ümid edirlər.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına
görə, ABŞ-da hər il 400 minə yaxın insan şpris vasitəsilə vurulan
ineksiyadan zədə alır.