Son günlər yağan aramsız yağışlar Gürcüstanda xeyli problem yaradıb,
infrastruktura ciddi ziyan vurub. Yağış Tbilisi şəhərinin qədim yaşayış
məhəlləsindəki erməni kilsəsinin bir hissəsini uçurub. Nəticədə kilsənin
yaxınlığındakı bir evə də ziyan dəyib. Qədim Tbilisi Rayon İcra
Hakimiyyətinin məlumatına görə, ərazidə təmizlik işləri aparıldıqdan
sonra kilsənin bərpasına başlanacaqdır. Kilsənin 1701-ci ildə inşa
olunduğu bildirilir.