İtaliyada alimlər cəmi 11 qram çəkisi olan titan ürəyin nəql edilməsi
əməliyyatını uğurla həyata keçiriblər. Onların sözlərinə görə, bu,
dünyada ən kiçik süni ürəkdir. Belə əməliyyat 16 yaşlı oğlanın həyatını
xilas etməyə imkan verib. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Titan ürək əsl donor orqanının köçürülməsi əməliyyatınadək oğlanın
yaşamasına imkan verib. Miokardipatiya (miokardın distrofiyası)
xəstəliyindən əziyyət çəkən oğlanın ürəyi qanı normal qova bilmirdi.
Üstəlik, infeksiya da inkişaf edirdi. İndi isə xəstə özünü normal hiss
edir.
Cərrah Antonio Amodeonun sözlərinə görə, titan ürək tibbdə əsl
inqilabdır. O, perspektivdə orqanın oxşar əvəz edilməsinin daimi
olacağını istisna etmir. Titan implantant dəqiqədə 1,5 litr qan qovur.
Əgər süni ürəyin uşaq versiyasının çəkisi 11 qramdırsa, yaşlılar üçün
bu, 900 qram təşkil edir.
Titan ürəyin müəllifi amerikalı həkim Robert Yarvikdir. Buna qədər o bu cihazı yalnız heyvanlar üzərində sınaqdan keçirib.
Proseduru həyata keçirmək üçün İtaliyadakı hospitalın əməkdaşlarına
Yarvikin və İtaliyanın səhiyyə nazirinin şəxsi icazəsi lazım olub.