Ana səhifə » 2012»May»11 » Türkiyədə Azərbaycanlı ana qızı ilə birgə öldürüldü
10:26
Türkiyədə Azərbaycanlı ana qızı ilə birgə öldürüldü
Türkiyədə azərbaycanlı ana və qızı qətlə yetirilib.Qətl hadisəsi Qaziosmanpaşa adlanan ərazidə qeydə alınıb. Məlumata görə, 17 yaşlı T.C. mübahisə etdiyi qonşusu Azərbaycan əsilli Reyhan Hüseynzadə və qızı 22 yaşlı Günay Hüseyinzadəni bıçaqlayarak öldürüb.
Lisey şagirdi T.C. azərbaycanlı əsilli Reyhan Hüseyinzadənin evinə qonaq gəlibmiş. Burada ev sahibi ilə qonaq arasında hələlik bilinməyən səbəblərlə bağlı olaraq münaqişə yaranıb. Nəticədə qonaq üzərində olan bıçaqla R.Hüseynzadəni belindən vurub.
Anasının bıçaqlanmasını görən Günay qışqıraraq qonşuları köməyə çağırıb. Bundan sonra T. C. 22 yaşlı gənc qızıda bıçaqlamağa başlayıb. Boğazından və döş qəfəsindən bıçaqlanan gənc qızı və anasını evdə qoyan T.C qaçıb. Səs küyə gələn qonşular hadisə yerinə dərhal polis və təcili yardın çağırıblar. Xəstəxanaya aparılan ana və qız həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyiblər.
Qonşularını bıçaqladıqdan sonra qaçan T.C bir müddət sonra polisə gələrək təslim olub. Reyhan Hüseynzadənin həyat yoldaşının TIR sürücüsü olduğu, iş üçün Ankaraya getdiyi bildirilir.