Müğənni və teleaparıcı Seda Sayan siyahıda liderdir. Onu ötən ilin "vergi çempionu" Acun Ilıcalı təqib edib. Bu il teleaparıcılıq karyerasını başa vuran Kamile Burcu Esmersoy siyahıda 24-cü yerdədir. O, 538500 lirə vergi ödəyib.
"Mühteşem Yüzyıl" teleserialında Sultan Süleyman rolunu oynayan aktyor Halit Ergenc745800 lirə məbləğində vergi ilə siyahıda 13-cü pillədədir. "Kurtlar Vadisi" teleserialının Polad Aləmdarı aktyor Necati Şaşmaz bu dəfə 14-cü yeri tutub. O, 2 milyon lirə gəlir əldə edib. Cem Yılmaz 3-cü, Ata Demirer 11-ci, Şafak Sezer 15-cti olub.
|