Türkiyənin ən populyar
teleserialı "Mühteşem Yüzyıl"da Validə Sultan rolunu oynayan tanınmış
aktrisa Nebahat Cehre heyrətləndiyini deyir.
Teleserialın ötən seriyasında Validə Sultanın cavanlıq illərini canlandırmış Evrim Alasyanın ustalığı çox bəyənilib.
N.Cehre deyir: "Onun oyununu görəndə şoka düşdüm. Mənə çox bənzəyir, üstəlik də əla oynadı".
"Evrimi serialda Nigar Kalfa rolunu oynayan Filiz Ahmet tapıb gətirdi.
Yaxın rəfiqələrmiş. Evrim əvvəllər "Gönülçelen" serialında da oynayıb.
Evrimə baxanda gəncliyimi gördüm. Rol üçün də çox çalışdı, uğurlu ifaya
nail oldu. Mənə o qədər bənzəyir ki, çəkiliş qrupundakılar belə, çaşıb
qalmışdılar. Hətta sürücümüz "Bir qədər əvvəl Nəbahat xanımı evə
apardım, indi buradadır?!" deyibmiş", - Nebahat Cehre söyləyib.
heqiqeten ona baxanda soka dusdum..bu qeder de benzerlik olar??men hec bir kinaya baxmiram eslinde amma gozum onun cavanligini oynayan aktrisaya satasanda heyran qaldim...xebere gore tesekkur)))
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]