Bank işçiləri 12 saat çalışmalarına baxmayaraq bir ədəd belə əskinası bütövləşdirə bilməyib Çin Xalq respublikasında qəribə bir hadisə baş verib. Ruhi xəstə olan bir qadın ərinin onun müalicəsi üçün hazırladığı 4 900 avro pulu cırıb. Çarəsiz kişi parçalanmış pulları banka apararaq onlardan kömək istəyib. Bu pulları həyat yoldaşının müalicəsi üçün hazırladığını deyən kişi bankdan bu əskinasların dəyişdirilməsini xahiş edib. Qeyd edək ki, bu mümkün olmayıb. Məlumata görə, 6 saat çalışan 12 bank işçisi bir ədəd belə əskinası birləşidirə bilmədiyi üçün pulları dəyişdirmək fikrindən daşınıblar.