Milli.Az-ın əməkdaşının əldə etdiyi məlumata görə, mayın 11-də təşkil
olunan nişan mərasimi vəd verildiyi kimi çox fərqli keçib. Bağ evində,
çarhovuz kənarında keçirilən mərasimdə yaxın qohumlar çoxluq təşkil
edib. Xatirənin və gələcək həyat yoldaşı olan Fəxrəddinin adlarının baş
hərfləri suyun üzərində güllərlə yazılıb. Nişanın ən maraqlı məqamı isə
bəyin əlinə mikrofon alıb, Xatirənin şərəfinə mahnı oxuması olub.
Sənətçinin ən xoş gününə təşrif buyuran həmkarları sırasında müğənni dostlarından Zamiq Hüseynov, İlhamə Qasımova, Elçin Cəfərov, Səidə Sultan, Elnur Məmmədov və başqaları olublar. Nişan mərasimini idarə etmək müğənni Rüfət Axundova həvalə olunub. Qonaqlar gecə saatlarına qədər əylənib, cütlüyün sevincinə şərik olublar.