Yapon tədqiqatçılar qorxulu bir statistika aşkara çıxarıblar. Belə
ki, min ildən sonra bu ölkənin yerli əhalisi doğum səviyyəsinin son
dərəcə aşağı olması səbəbindən yer üzündən tamamilə silinə bilər.
"Senday şəhərinin alimlərinin məlumatına görə, 14 yaşınadək uşaqların
hazırkı sayı 16,6 milyon nəfər təşkil edir və hər 100 saniyədən bir 1
uşaq azalır. Bu məntiqlə min ildən sonra Yaponiyada ümumiyyətlə uşaq
qalmayacaq”, – İnoPressa Yosukazu Tsunonun "The Times” qəzetində dərc
olunmuş məqaləsinə istinadən xəbər verir.
Öz növbəsində Toxoku Universitetinin professoru Xirosi Yosida qeyd
edir ki, əgər enmə templəri saxlanarsa, 3011-ci il 5 may tarixində qeyd
olunan Milli Uşaqlar Gününə təkcə bir uşaq qalacaq. Lakin 100 saniyədən
sonra artıq bir uşaq da olmayacaq.