Ana səhifə » 2012»May»6 » Yaşar Nuri İstanbulda güclü fizioterapiya kursu keçir
12:01
Yaşar Nuri İstanbulda güclü fizioterapiya kursu keçir
Aktyorun həyat yoldaşı: "Yaşar artıq uzanmaqdan yorulub və gəzmək istəyir"
Azərbaycanın
xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar
Nurinin Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında
müalicəsi davam etdirilir. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın
APA-ya verdiyi məlumata görə, Yaşar Nurinin səhhətinin yaxşılaşması üçün
həyata keçirilən müalicə kursunun 6-sı qalıb: "Lazımi müalicə davam
edir və bu proses bitdikdən sonra ümumi nəticəyə baxılacaq, bundan sonra
yeni üsulların tətbiqinə qərar veriləcək. Yaşar artıq uzanmaqdan
yorulub və gəzmək istəyir. Onun hərəkət edə bilməsi üçün güclü
fizioterapiya kursu həyata keçirilir. Mənim köməyimlə ayağa durur və bir
az gəzir”.
Qeyd edək ki, R. Nuriyeva aprelin 30-da Bakıya gəlib və mayın 2-də yenidən Türkiyəyə qayıdacaq.