ABŞ-ın Nyu-Cersi ştatındakı Fort Li qəsəbəsində küçədə gəzərkən və ya harasa gedəndə mobil telefonda SMS yazmaq yasaqlanıb. "Milliyet"ə istinadən bildirir ki, polis bu yasağı pozan 177 nəfərin hər birini 85 dollarməbləğində cərimələyib.
Qəsəbə polisindən verilən məlumata görə, küçədə gedərkən başı telefonda SMS yazmağa qarışan insanlar müxtəlif qəzalara səbəb olurlar.
Fort Lidə ötən il 22 nəfər küçədə gedərkən SMS yazıb və bu zaman onları maşın vurub.
|