İngiltərə hökuməti 1 il ərzində kifayət qədər pul qazanmayan vətəndaşlarına xarici ölkə vətəndaşlarıyla evlənməyi qadağan edəcək.
Xarici işlər nazirliyinin hazırladığı yeni qanun layihəsinə görə, ildə ən azı 26 min funt sterlinq qazana bilməyən ingilis xarici ölkədən olan həyat yoldaşını ölkəsinə gətirə bilməyəcək. Əgər bu şəxsin həm də uşağı varsa, o, ildə mütləq 62 min 600 funt sterlinq qazanmalıdır ki, ailəsini ölkəsinə gətirə bilsin.
İngiltərə hökuməti saxta evliliklərə qarşı da sərt tədbirlər görür. İngiltərənin "Sun” qəzetinin xəbərinə görə, saxta evlilikləri müəyyən etmək üçün hökumət onlara 5 il sınaq müddəti qoyacaq. Bu layihə Avropa Birliyinə daxil olmayan ölkələrdən gələ qaçqınların sayının ildə 15 minə endirilməsini nəzərdə tutur.
2011-ci ildə 50 min ingilis ailəsinə ailə vizası verilib, bu qəbildən olanların çoxunu Pakistan, Hindistan və Banladeş vətəndaşları əhatə edib. Həm də bu tip ailələrin çoxu işsiz, az gəlirli və dövlətdən yardım alanlar olub. 2012-ci ilin iyun ayından etibarən qüvvəyə minəcək qanun İngiltərəyə gələn ərlərin və xanımların mütləq ingiliscə öyrənməsini və ya ingiliscə danışmasını zəruri hesab edir.