Sevdiyiniz insanlarla, dost- tanışla, yaxınlarınızla zarafatlaşmaq xoş bir şeydir. Səmimiliyin və mehribanlığın göstəricisidir.
Amma hər şey orta həddə olduğu kimi zarafat etmək də öz həddini keçməməlidir. Dinimiz mömin bacı- qardaşlarımızla zarafat etməyin bəzi məqamlarına toxunub. Onları sizinlə bölüşmək istəyirəm.
Mömin tanışlarınızla vaxt aşırı zarafat edib, qəlblərini alın, onların üzlərinə sevinc bəxş edin. Lakin, ciddiliyinizi də əldən verməyin. Möminə xas olan xüsusiyyətlərdən biri də ciddilikdir. Onlar uca səslə gülməməli, yalnız təbəssüm etməlidirlər. Bərkdən və çox gülmək qəlbi məhv edir.İnsan cəmiyyətdə ciddi davranmalı və yeri gəldikdə sadəcə gülümsəməlidir.
Bir hədisdə deyilir." yersiz qəhqəhə çəkib gülməyin.Bu şeytani xislətlər insanın imanını və mənəviyyatını zədələyir.
Peyğəmbərimiz buyurur:" Əgər həqiqəti mən tək görsəydiz, az gülüb çox ağlardız.
Eləcə də çox gülmək insanda qətiyyətsizlik, iradəsizlik yaradır.
Gülüş insan həyatı üçün önəmlidi və ömrü uzadır. Amma həddini bilməsək ziyanı xeyrindən çox olacaq!!!!!!!!!!
|